Polşa prezidentindən Rusiyanın ünvanına növbəti ittiham: Günahkar Moskvadır
Bizi izləyin

Dünya

Polşa prezidentindən Rusiyanın ünvanına növbəti ittiham: Günahkar Moskvadır

Rusiyanın hərəkətləri “soyuq müharibə”nin təzələnməsinə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda “Politico” nəşrinə müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, mövcud vəziyyətin günahkarı ABŞ deyil, Moskvanın imperiya ambisiyalarıdır. Dövlət başçısı NATO-nun Vaşinqtonda keçirilən sammitini şərh edərkən alyansın gücünü və birliyini nümayiş etdirməyin zəruriliyini qeyd edib.

Duda Rusiyanın Ukraynadakı münaqişədə qələbəsinin nəticələrini proqnozlaşdırıb. O hesab edir ki, bu halda Moskva digər ölkələrə “hücum” edə bilər. Dudanın fikrincə, onların arasında Polşa da ola bilər.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm