Ağ Evdən Baydenin səhhəti ilə bağlı açıqlama: Seçilərsə...
Bizi izləyin

Dünya

Ağ Evdən Baydenin səhhəti ilə bağlı açıqlama: Seçilərsə...

ABŞ prezidenti Co Bayden noyabrda yenidən seçiləcəyi təqdirdə ikinci prezidentlik müddətini başa vuracaq.

Publika.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

O, Konqresin bir çox üzvünün Baydenin namizədliyindən geri çəkilməsinə dair çağırışlar qarşısında prezidenti dəstəklədiyini bildirib.

Qeyd edək ki, Jean-Pierre Baydenin parkinson xəstəliyindən müalicə almadığını və səlahiyyət müddəti ərzində cəmi 3 dəfə nevroloq tərəfindən müayinə olunduğunu vurğulayıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm