Peskov Putinlə Modi arasında danışıqların ləğvinə münasibət bildirdi
Bizi izləyin

Dünya

Peskov Putinlə Modi arasında danışıqların ləğvinə münasibət bildirdi

Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modinin geniş danışıqlarının ləğvi liderlərin qrafiki ilə bağlıdır.

Publika.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, danışıqların kiçik tərkibli formatı kifayət qədər geniş olub.

“Cənab Modi Avstriyaya getməli idi. Orada günün sonuna planlaşdırılan tədbirləri vardı. Nəzərdə tutulan və gündəlikdə olan bütün məsələlərin müzakirə edildiyini əsas götürərək, geniş tərkibdə görüş keçirməmək qərarına gəldik”, - deyə Peskov bildirib.

Kremlin rəsmi onu da əlavə edib ki, Rusiya lideri ilə Hindistanın baş naziri arasında danışıqlar zamanı heç bir fikir ayrılığı olmayıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm