NATO-dan Ukraynaya 40 milyard avroluq jest
Bizi izləyin

Dünya

NATO-dan Ukraynaya 40 milyard avroluq jest

NATO-nun 9-10 iyul tarixli sammitinin yekun bəyannaməsində 2025-ci ildə Ukraynaya azı 40 milyard avro dəyərində silah-sursat veriləcəyi ilə bağlı müddəa yer alıb.

Publika.az xəbər verir ki, sənəddə həmçinin Ukraynaya hərbi tədarükün koordinasiyası və Ukrayna Silahlı Qüvvələri üçün hərbi təlimlərin təşkili ilə bağlı bütün funksiyaların alyansa verilməsi öhdəliyi var.

Daha öncə NATO-nun baş katibi Kiyevə ildə 100 milyard dollar dəyərində hərbi tədarükün maliyyələşdirilməsi üçün çoxillik fond yaradılmasını təklif etmişdi, lakin alyans ölkələri bu təşəbbüsü rədd etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm