Dünya
Axtarışda olan keçmiş nazir soyadını dəyişdi
Ukraynanın keçmiş energetika və kömür sənayesi naziri Eduard Stavitski İsrail vətəndaşlığını alıb və soyadını Rozenberq soyadı ilə əvəz edib.
Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə jurnalist Sergey Lısenko şəxsi mənbələrə istinadən öz bloqunda yazıb.
Qeyd edək ki, İnterpol sabiq nazir barəsində beynəlxalq axtarış elan edib. Bu ilin aprelində isə Ukrayna Təhlükəsizlik Xidməti Stavitski barəsində axtarış elan edib. Stavitskinin evində aparılmış axtarış zamanı 4,8 milyon dollarlar nağd pul, 49,8 kiloqram qızıl, zərgərlik məmulatları və dünyanın ən bahalı brendlərinə məxsus 16 ədəd saat aşkarlanıb.
“Bütün planet üzrə axtarışa verilən Ukrayna vətəndaşı artıq İsrailin mötəbər vətəndaşına çevrilib. Eduard Stavitskidən fərqli olaraq Eduard Rozenberq planetdə azad səyahət edə bilər. Çünki o, axtarışda deyil", - deyə Lesenko yazıb.
Onun məlumatlarına görə, keçmiş nazirin həyat yoldaşı Yelena da Rozenberq soyadını qəbul edib.
Ömər Dağlı
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı