5 yaşlı qızı ilə sal üzərində Rusiyaya üzdü: Sığınacaq istədi
Bizi izləyin

Dünya

5 yaşlı qızı ilə sal üzərində Rusiyaya üzdü: Sığınacaq istədi

Latviya vətəndaşı Stanislav Bukayns beş yaşlı qızı ilə salda Rusiyaya gedib və sığınacaq istəyib.

Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Bukayns siyasi blogger və fəaldır. Teleaparıcı Vladimir Solovyov Telegram kanalında yazıb ki, həmin şəxs Pskov vilayətində sərhədi keçib. Jurnalistin sözlərinə görə, Bukayns “terrorçu fəaliyyətlərdə iştirak etmək üçün şəxsləri cəlb etməkdə şübhəli bilinərək, barəsində Latviyada cinayət işi başlanmış vətəndaşların xüsusi siyahısındadır”.

Pskovdakı miqrasiya xidməti Bukayns və onun qızının tanınması üçün müraciəti qəbul edib. Vəziyyətə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsi nəzarət edir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm