Dünya
Haniyənin qətli ilə bağlı bəyanat layihəsi rədd edildi
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ, Böyük Britaniya və Fransanın HƏMAS Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin qətli ilə bağlı Rusiyanın irəli sürdüyü bəyanat layihəsini rədd etdiklərini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“ABŞ, Böyük Britaniya və Fransa Rusiyanın İsrailin vəhşiliyini pisləyən təklifini bloklayıblar”, – İrəvani çıxışında vurğulayıb.
Daha əvvəl BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcəyini açıqlamışdı.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?