Ən qədim qalaktika kəşf edildi
Bizi izləyin

Dünya

Ən qədim qalaktika kəşf edildi

Astronomlar apardıqları tədqiqatlar nəticəsində ən qədim qalaktikanı kəşf ediblər.

Publika.az xəbər verir ki, “JADES-GS-z14-0” adlanan bu qalaktika Böyük Partlayışdan 300 milyon il sonra mövcud olub.

Bu kəşf qalaktikaların əmələ gəlməsini anlamaq yolunda mühüm addım hesab olunur. Astronomlar bu qalaktikanı “NIRSpec” müşahidə aləti ilə tədqiq ediblər.

Bu qalaktikanın eni 1600 işıq ilidir və bu işığın əksəriyyəti superkütləli qara dəliklərin yaydığı işıqdan deyil, gənc ulduzlardan gəlir.

Qalaktikada bol toz və oksigenin olması da bir neçə nəsil kütləli ulduzun həyatlarını erkən dövrdə tamamladığını göstərir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm