Ukrayna hücum etdi, Avropa əziyyət çəkir: Qaz ən yüksək qiymətə qalxdı
Bizi izləyin

Dünya

Ukrayna hücum etdi, Avropa əziyyət çəkir: Qaz ən yüksək qiymətə qalxdı

Avropada qazın qiyməti 5,5% artaraq 38,7 avro/MVt-a (1000 kubmetr üçün 445 dollar) çatıb. Bu, Ukrayna bölmələrinin "Qazprom"dan Avropaya qaz nəqli üçün qalan yeganə nöqtəni ələ keçirdikdən sonra baş verib.

Publika.az xəbər verir ki, məlumatı "Moskva Times" verib.

Kotirovkaların artması nəticəsində Niderland TTF fyuçersləri 2023-cü ilin dekabr ayının əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.

Çərşənbə günü səhər Ukrayna ordusunun bölmələri Kursk bölgəsinə daxil oldu və günün sonuna qədər təxminən 25 km irəliləyərək ona yaxın yaşayış məntəqəsi, eləcə də Sudja yanacaqdoldurma məntəqəsini ələ keçirib.

Tədqiqatçı Sergey Vakulenko deyib ki, bu, hələ də Rusiyadan Avropaya boru kəməri axınının keçdiyi yeganə marşrutdur.

Ukraynanın Qaz Ötürmə Sistemləri Operatoru bildirib ki, Sudjanın yerləşdiyi qolda qaz tranziti normal şəkildə həyata keçirilir və cümə axşamı davam etdiriləcək.

Onun sözlərinə görə, sabah Rusiyadan Ukrayna vasitəsilə Avropaya 41,6 milyon kubmetr qazın çatdırılması planlaşdırılır.

Neft və qaz üzrə analitik Mixail Krutixin vurğulayır ki, Ukraynadan qaz axını dayanarsa, onun Rusiyadan Avropaya ixracı 2021-ci ilə nisbətən 80% azalmış halda daha yarıya enəcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm