Dünya
Avropanın bu ölkələri İrana xəbərdarlıq etdi: İsrailə hücum etsəniz...
Britaniya, Fransa və Almaniya regionu gərginləşdirəcək, atəşkəs və girovların azad edilməsi ehtimalını təhlükə altına salacaq İsrailə qarşı hər hansı mümkün hücuma görə İranın məsuliyyət daşıyacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun avqustun 12-də yaydığı birgə bəyanata istinad edən “Avropa həqiqəti”ndə qeyd olunur.
“Biz İranı və onun müttəfiqlərini regional gərginliyi daha da artıra, atəşkəs və girovların azad edilməsi üçün danışıqlar aparmaq imkanını təhlükə altına qoya biləcək hücumlardan çəkinməyə çağırırıq. Onlar sülh və sabitlik üçün bu fürsəti təhlükə altına qoyan hərəkətlərə görə cavab verəcəklər”, - deyə bəyanatda vurğulanır.
Britaniya, Fransa və Almaniya liderləri gərginliyin qarşısını almaq üçün bütün tərəflərlə çalışdıqlarını bildiriblər.
Sənəddə deyilir ki, döyüşlər indi dayandırılmalı və HƏMAS-ın hələ də saxladığı bütün girovlar azad edilməlidir. Qəzza xalqına yardımın təcili və maneəsiz çatdırılması lazımdır.
Adəm Abbaslı
-
Sağlamlıq03:35
Daha öncə koronavirusa yoluxanlar təhlükədədir: Yeni variant gəlir
-
İKT02:43
"WhatsApp"da daha bir YENİLİK
-
Sosial02:19
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
Qoroskop00:40
Günün qoroskopu: Sizi xoş sürprizlər gözləyir
-
Ekopublika.az00:25
Dollar ucuzlaşacaq? - İllər sonra ilk dəfə...
-
Dünya18 Sentyabr 23:27
Durovun keçmiş xanımı "Telegram"ın yarısını tələb edir: "Nikahımız rəsmi olmasa da..."
-
Dünya18 Sentyabr 22:36
Livanda rabitə cihazları yenə partladı: ölü və yaralı sayı artdı - YENİLƏNDİ
-
İKT18 Sentyabr 22:12
Alimlər Maskın "Starlink" peyklərindən zinhara gəldi: görün nəyə səbəb olur