Nida Təhlil
ABŞ Azərbaycanla sərhədə qoşun göndərir - Baydenin hədəfi nədir?
ABŞ Ermənistana gömrük və sərhəd mühafizəsi komandası göndərir. Dövlət katibi Blinken bildirib ki, komandanın missiyası Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılmasıdır.
Bu addım əslində Amerika qüvvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məqsədi daşıyır. Daha öncə Vaşinqtonun öz qüvvələrini Avropa İttifaqının “müşahidə missiyası”nın tərkibinə daxil edəcəyi gözləntiləri vardı, xüsusilə ittifaq üzvü olmayan Kanadanın missiyaya qoşulmasından sonra. ABŞ-ın qüvvələrini Aİ-dən kənar yerləşdirməsinin birdən çox mümkün səbəbi görünür.
Birincisi, Tramp Administrasiyasının mümkün addımlarından qaynaqlana bilər: Trampın ilk hakimiyyəti dövründə Aİ ilə yaşanan problemlərin təkrarlanması gözləntiləri var, Avropada sağçılarla yaxınlığı, Qrenlandiyaya görə Danimarka ilə mübahisələr də bunu deməyə əsas verir; Vaşinqton-Brüssel xəttində gözlənilən qarşıdurma ABŞ qüvvələrinin Aİ tərkibində Ermənistandakı fəaliyyətinin dayanıqlılığına maneə yarada bilər;
İkincisi, Vaşinqtonun Ermənistana çoxsaylı qüvvə yerləşdirmək planından irəli gəlir: Aİ missiyasının tərkibi məhdud olduğu üçün ABŞ-ın “kvotası” az olacaqdı;
Üçüncüsü, Bakının İrəvana tələbləri fonunda Ermənistanın mövqelərini gücləndirmək məqsədi daşıyır: sülh sazişində razılaşdırılmayan tələblərdən biri üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasıdır, Ermənistan Aİ missiyasının vaxtını uzatmaqla bundan imtina etdi, hərçənd, bölgədə hadisələrin mümkün inkişafında missiyanın çıxarılması, yaxud ən azı sərhəddən uzaqlaşdırılması da baş verə bilər; Bayden Administrasiyası Amerika qüvvələrinin bu ssenari ilə üzləşməməsi üçün Aİ-dən kənar şəkildə yerləşdirir;
Dördüncüsü, ABŞ-ın “gömrük və sərhəd mühafizəsi komandası”nın Aİ missiyasından fərqli olaraq, patrul xidməti göstərməyəcəyi, əvəzində erməni hərbi birləşmələrinin əməliyyatlarının planlaşdırılması və koordinasiya edilməsində iştirak edəcəyi mümkündür;
Beşincisi, Bayden Administrasiyası Rusiyanın Ermənistanda boşalan yerindən daha çox pay əldə etmək və bölgədəki mövqelərini gücləndirmək məqsədilə birbaşa öz qüvvələrini yerləşdirmək gedişi edir;
Trampın sələfinin bu qərarına münasibəti hələki bəlli deyil, lakin Baydenin gedişinin mövcud vəziyyətdə Bakı-İrəvan sülh danışıqlarını çətinləşdirəcəyi, - üçüncü qüvvələrin sərhəddə olmaması tələbi – bölgədə geosiyasi qarşıdurmanı körükləyəcəyi və sabitliyi təhdid edəcəyi aydın görünür.
Asif Nərimanlı
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO










.jpg)





.jpg)







.jpg)


.jpg)










