Ən uzunömürlü insanlar bu ölkədə yaşayır
Bizi izləyin

Dünya

Ən uzunömürlü insanlar bu ölkədə yaşayır

Avstraliyalıların ingilisdilli ölkələr arasında ən uzun ömür sürdüyü məlum olub.

Publika.az “9news”a istinadən xəbər verir ki, tədqiqatçılar 1990-2019-cu illər arasında Avstraliya, ABŞ və Yaponiya kimi 20 inkişaf etmiş ölkədə insanların orta ömür müddətini araşdırıblar.

Bildirilir ki, Avstraliyada gözlənilən ömür uzunluğu ABŞ-dan 4-5 il, Kanada, Yeni Zelandiya, İrlandiya və Böyük Britaniya ilə müqayisədə isə 1-2,5 ildir.

Kanada sözügedən ölkələr arasında ən yüksək ömür uzunluğuna malik ikinci ölkə olub. Müəyyən edilib ki, qadınların orta ömür uzunluğunun 81,5 il, kişilərin isə 76,5 il olduğu ABŞ ingilisdilli ölkələr arasında ən qısa ömür sürən ölkədir.

Bundan əlavə, tədqiqatçılar Avstraliyada narkotik və alkoqol istifadəsi, xərçəng, ürək-damar və tənəffüs xəstəliklərindən ölüm nisbətlərinin daha aşağı olduğunu qeyd ediblər.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm