Dünya
Türkiyə parlamentində “casus” əməliyyatı – 5 nəfər tutuldu
Türkiyə Böyük Millət Məclisində (TBMM) "casus" əməliyyatı həyata keçirilib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Milli İstihbarat Təşkilatının (MİT) saxta sənədləri ilə TBMM-yə gələrək millət vəkillərini ziyarət edən biri qadın olmaqla 5 nəfər saxlanılıb.
Məlumata görə, səliqəli geyinən 5 nəfər keçən həftə ziyarətçi kartları ilə parlamentə daxil olub. Ancaq onlar içəri daxil olarkən təhvil verdiyi şəxsiyyət vəsiqələrini götürməyib və ziyarətçi kartlarını da qaytarmayıb. Şəxsiyyət vəsiqələrinin 5 gün parlamentdə qaldığı bildirilir. Hadisədən şübhələnən TBMM polisi həmin 5 şəxsi araşdırmağa başlayıb.
Polis onların "fırıldaqçı" olmasından şübhələnib. Amma polis tərəfindən saxlanılan şəxslərin "MİT işçisiyik” deməsindən sonra işə MİT də qarışıb. Onların sənədlərin saxta olduğu ortaya çıxıb. MİT onların öz işçiləri olmadığını bildirib.
İlkin araşdırmalardan sonra saxlanılan 5 şəxsin “Millət vəkilinin adamıyıq, sizi yaxşı işə yerləşdirəcəyik" deyərək vətəndaşları aldatdıqları, millət vəkillərinin yanına da özlərini onlarla yaxın göstərmək üçün etdikləri müəyyən olunub.
Saxlanılan şəxslərin xarici kəşfiyyat təşkilatları və qanunsuz təşkilatlarla əlaqələrinin olub-olmadığı araşdırılır.
Ömər Dağlı
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı