Dünya
Türkiyə-Rusiya qaz danışıqlarında problem yaranıb? - Bayraktar açıqladı
Türkiyə Rusiya ilə qaz qovşağının yaradılmasının təfərrüatını açıqlayıb.
Publika.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiya ilə qaz qovşağı ilə bağlı danışıqlarda problemin olmadığını bildirib.
Ankara ümid edir ki, qaz qovşağı infrastruktura qoyulan sərmayələrlə qazın qiymətlərini müəyyən edən mərkəzə çevriləcək. Həmçinin Türkiyə təbii qaz idxalının həcmini indiki 50 milyarddan 70-80 milyard kubmetrə çatdıra biləcək. Onun sözlərinə görə, yaxın vaxtlarda Ankara “Qazprom” və Türkiyənin BOTAŞ şirkəti arasında qovşağın yaradılması məsələsində işi davam etdirəcək.
"Ruslarla birlikdə yaratmağı planlaşdırdığımız Qaz Ticarət Mərkəzi və ya platforması üçün şirkət yaratmağı planlaşdırırıq. BOTAŞ - "Qazprom" ortaqlığı davam edəcək. Bizim ruslara məxsus ərazi ilə problemimiz yoxdur. Qiymət razılaşdırıldıqdan sonra qaz alqı-satqısı həyata keçiriləcək”, - nazir “Milliyet” qəzetinə müsahibəsində bildirib.
Cəmilə
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR