Dünya
Müxalifətçi deputat: “Sarkisyan kimi onlar da dövlət xaini hesab ediləcəklər"
Bu gün Ermənistan parlamentində Avrasiya İqtisadi İttifaqına birləşmə haqqında razılaşma ilə bağlı dinləmələr keçirilib.
Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, “Miras” Partiyasından olan müxalifətçi deputat Zarui Postandjyan hakimiyyəti sərt tənqid edib.
Avrasiya İqtisadi İttifaqına birləşmə ilə bağlı hakimiyyətin qərarını dövlətə xəyanət adlandıran müxalifətçi deputat Rusiya Federasiyası ilə iqtisadi ittifaqa inteqrasiyanın Ermənistan vətəndaşlarının maraqlarına uyğun olmadığını bildirib: “Bu müqavilənin altında Ermənistan prezidenti Serj Sarkisyanın imzası əslində dövlət xəyanətidir. Sizləri razılaşma qarşı səs verməyə çağırıram, bunu etməyənlər də dövlət xaini hesab ediləcəklər".
Qeyd edək ki, razılaşmanın parlamentin müzakirəsinə çıxarılmasından əvvəl paytaxt İrənavda etiraz aksiyaları keçirilib. Aksiyalarda Ermənistanın ittifaqa üzvlüyünün təhlükə olduğu vurğulanıb və Sarkisyan ölkənin satmaqda ittiham olunub.
Müxalifət həmçinin iddia edir ki, müqavilə Konstitusiyaya ziddir. Ancaq Ermənistan Konstitusiya Məhkəməsi müqavilənin ölkənin əsas qanununa uyğun olduğuna dair qərar verib.
Ömər Dağlı
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…