BMW yüz minlərlə avtomobili geri çağırır - SƏBƏB
Bizi izləyin

Dünya

BMW yüz minlərlə avtomobili geri çağırır - SƏBƏB

Məşhur avtomobil istehsalçısı BMW yüz minlərlə avtomobilini qısaqapanma səbəbilə geri çağırır.

Publika.az xəbər verir ki, alman avtomobil istehsalçısı BMW 720 min 796 avtomobilini qısaqapanma səbəbilə geri çağırır.

ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) bəyanatına görə, Almaniyanın avtomobil nəhəngi bəzi 2012-2018-ci il model avtomobillərini geri çağırıb.

Açıqlamada qeyd olunub ki, su nasosunda düzgün bağlanmamış elektrik birləşdiricisi təhlükə yarada, bu da qısaqapanmaya səbəb ola bilər.

Qeyd edək ki, bir müddət əvvəl BMW təhlükəsizlik yastıqları səbəbindən Çindən 1,3 milyondan çox avtomobilini geri çağırmışdı.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm