Venesuela müxalifətinin namizədi Qonzalesdən beynəlxalq dəstək çağırışı
Bizi izləyin

Dünya

Venesuela müxalifətinin namizədi Qonzalesdən beynəlxalq dəstək çağırışı

Venesuelada müxalifət koalisiyasının namizədi Edmundo Qonzales ölkədə demokratiyanın müdafiəsi üçün beynəlxalq ictimaiyyətdən dəstək tələb edib.

Publika.az xəbər verir ki, Qonzales bununla bağlı sosial media hesabında açıqlama verib.

O bildirib ki, Venesuelada sülh və demokratiya təhdid altındadır:

“Beynəlxalq ictimaiyyətdən prezident Nikolas Maduronun hökumətinə daha çox təzyiq göstərməsini istəyirəm. Venesuelada bütün müxalifət partiyalarına birlik olmağa çağırıram. Venesuelalıların səslərinə hörmət etməyə dəvət edirəm. Bütün venesuelalılar xalq suverenliyinə qarşı bu hücuma qarşı birləşməlidirlər”.

Xatırladaq ki, Çili, Argentina, Kosta Rika, Ekvador, Qvatemala, Panama, Paraqvay, Peru, Dominikan Respublikası və Uruqvay dünən birgə bəyanat yayaraq Venesuelanın Ali Məhkəməsinin Nikolas Maduronun qalib elan edildiyi prezident seçkilərinin nəticələrini tanımasını tənqid edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm