Əsəddən Türkiyə açıqlaması: Ərdoğanı istənilən vaxt...
Bizi izləyin

Dünya

Əsəddən Türkiyə açıqlaması: Ərdoğanı istənilən vaxt...

Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı istənilən vaxt görüşə dəvət edə biləcəyini bildirib.

Əsəd Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq səylərinin indiyə qədər heç bir konkret nəticə vermədiyini bəyan edib. Həmçinin vasitəçi rolunu oynayan İran və İraqın, xüsusən də Rusiyanın barışıq səylərinə toxunub:

“Vasitəçilərin ciddiyyətinə və istəklərinə baxmayaraq, təşəbbüslər qeyd olunmağa dəyər heç bir nəticə vermədi. Münasibətlərin bərpası üçün ilk növbədə onun məhvinə gətirib çıxaran səbəblərin aradan qaldırılması lazımdır”.

“Suverenlik” şərtini də bir daha təkrarlayan Bəşər Əsəd bəyan edib ki, Türkiyə Suriyadakı hərbi varlığına son qoymalıdır: "Suverenlik və beynəlxalq hüquq münasibətlərin bərpasına ciddi yanaşan bütün tərəflərin prinsiplərinə uyğundur və terrorizmlə mübarizə hər iki tərəfin ortaq marağıdır".

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm