NATO Ukrayna üçün xüsusi komandanlıq yaradır
Bizi izləyin

MDB

NATO Ukrayna üçün xüsusi komandanlıq yaradır

Şimali Atlantika Müqaviləsi Təşkilatı ( NATO ) Almaniyadakı qərargahı ilə Ukrayna əsgərləri üçün hərbi yardım və təlimlərin əlaqələndirilməsi üçün xüsusi komandanlığın yaradılması üzərində işləməyə davam edir .

Publika.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer "RİA Novosti"yə bildirib .

“Biz NATO-nun şərq qanadının ərazisindəki logistika mərkəzi olan Almaniyadakı komandanlığın daxil olduğu Ukrayna ordusuna yardım və təlimlərin koordinasiyası üçün xüsusi missiyanın işə salınması üzərində fəal işləyirik. Bu işə 700-ə yaxın insan cəlb olunacaq”, - Bauer deyib.

Sentyabrın 14-də Bauer bildirib ki, Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadəsinə mümkün icazənin verilməsi hərbi baxımdan haqlıdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm