Dünya
Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi ATƏŞƏ TUTULDU
ABŞ-ın İraqdakı səfirliyinin logistika mərkəzi atəşə tutulub.
Publika.az xəbər verir ki, bu barədə İraqın "Shafaq News" xəbər agentliyi məlumat yayıb.
Atışma ilə bağlı məlumat agentliyin İraq təhlükəsizlik orqanlarındakı mənbəsindən daxil olub. ABŞ diplomatik missiyasının logistika mərkəzi Bağdad Beynəlxalq Hava Limanında yerləşir. Hücumun mahiyyəti hələlik qeyri-müəyyən olaraq qalır. Zərbə zamanı raket və ya minaatanlardan istifadə edilib-edilmədiyi məlum deyil.
Digər hücum Terrorla Mübarizə Agentliyinin beynəlxalq hava limanının yaxınlığında yerləşən qərargahının yaxınlığında baş verib.
Sentyabrın 7-də bildirilib ki, Vaşinqton və Bağdad beynəlxalq koalisiya qoşunlarının İraqdan çıxarılması qrafiki barədə razılığa gəliblər. Plan yüzlərlə hərbçinin 2025-ci ilin sentyabrına, qalanlarının isə 2026-cı ilin sonuna qədər çıxarılmasını nəzərdə tutur.
Hüseyn İbadlı
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız
-
İdman14 Oktyabr 22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya14 Oktyabr 21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya14 Oktyabr 20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə