Türkiyədən ÜZÜCÜ XƏBƏR: yaralananların sayı artdı - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Dünya

Türkiyədən ÜZÜCÜ XƏBƏR: yaralananların sayı artdı - FOTO/YENİLƏNDİ

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda makaron fabrikdə baş vermiş partlayışda yaralananların sayı 28 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz bildirib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Vali yaralılardan 6-sının vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə ilə bağlı araşırdırmalara başlanılıb.

xxx

15:19

Türkiyənin Sakarya şəhərinin Hendek rayonundakı fabrikdə partlayış olub.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.

Məlumata görə, makaron fabrikində hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Hadisə nəticəsində 20 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm