Yunan polisindən "Türkiyə mafiyası" hesabatı: Görün Afinada nə oyundan çıxırlar
Bizi izləyin

Dünya

Yunan polisindən "Türkiyə mafiyası" hesabatı: Görün Afinada nə oyundan çıxırlar

Yunan Polisi (ELAS) Türkiyədəki cinayət təşkilatlarının Yunanıstandakı fəaliyyətləri ilə bağlı məxfi hesabat hazırlayıb.

Publika.az xəbər verir ki, hesabata görə, mütəşəkkil cinayət təşkilatı üzvləri Yunanıstana qaçdıqdan sonra terror təşkilatı PKK və ya FETÖ üzvü olduqlarını deyərək sığınacaq istəyirlər.

Türk cinayət təşkilatının üzvləri Afinanın mərkəzində kirayə götürdükləri evlərdə yaşayırlar. Bu qrupu dəbdəbəli avtomobillər sürür və tez-tez sosial media hesablarında öz foto və videolarını paylaşırlar.

Bu il "Bayqaralar" dəstəsinin bəzi üzvləri Türkiyə və Yunanıstan təhlükəsizlik orqanlarının əməkdaşlığı ilə yaxalanıb. Bundan əlavə, ötən il "Dalton" dəstəsinin 6 üzvü Afina yaxınlığında avtomobildə öldürülüb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm