ÇL: "Mançester Siti" və "İnter" turnirə qolsuz başladı - YENİLƏNDİ
Bizi izləyin

İdman

ÇL: "Mançester Siti" və "İnter" turnirə qolsuz başladı - YENİLƏNDİ

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.

Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Seltik” (Şotlandiya) evdə “Slovan”a, (Slovakiya) “Borussiya” (Almaniya) səfərdə “Brügge”yə (Belçika) qalib gəlib.

PSJ (Fransa) "Jirona"dan (İspaniya) güclü olubsa, “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) matçında hesab açılmayıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

18 sentyabr

I tur

“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0
“Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 0:3
“Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 5:1
“Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 0:0
PSJ (Fransa) - "Jirona"(İspaniya) 1:0

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

***

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turunun növbəti qarşılaşmaları keçiriləcək.

Publika.az xəbər verir ki, ikinci oyun gününün mərkəzi matçı İngiltərədə keçiriləcək. 2023-cü ilin finaçıları - “Mançester Siti” və “İnter” "Siti of Mançester" arenasında üz-üzə gələcək.

Turnirin favoritlərindən olan PSJ debütant "Jirona"nı sınağa çəkəcək. ÇL-də siftə edən “Bolonya” isə “Şaxtyor”u qəbul edəcək.

UEFA Çempionlar Liqası: Əsas mərhələ, 1-ci tur
18 sentyabr
20:45 Bolonya (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna)
20:45 Sparta (Çexiya) – Zalsburq (Avstriya)
23:00 Seltik (Şotlandiya) – Slovan (Slovakiya)
23:00 Brügge (Belçika) – Borussiya (Dortmund, Almaniya)
23:00 Mançester Siti (İngiltərə) – İnter (İtaliya)
23:00 PSJ (Fransa) – Jirona (İspaniya)

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm