Dünya
Qazaxıstana rekord turist axını
Qazaxıstanda 2024-cü ilin sentyabr ayının əvvəlində xarici turistlərin sayında böyükmiqyaslı artım qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 1-dən 13-dək Qazaxıstana 597 min əcnəbi səfər edib.
Turist axınının artmasının əsas səbəbləri V Ümumdünya Köçəri Oyunlarının keçirilməsi və məşhur qazax ifaçısı Dimaş Kudaybergenin konserti olub.
Bu tədbirlər 89 ölkədən qonaqların diqqətini cəlb edib ki, bu da xarici ziyarətçilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Turizm və idman nazirinin müavini Yerjan Yerkinbayevin sözlərinə görə, qonşu ölkələrlə yanaşı, qonaqlar Çin, Hindistan, Türkiyə, Almaniya və ABŞ-dan olub. "Çindən 33 mindən çox, Hindistandan 6 mindən çox, Almaniyadan 4 mindən çox, ABŞ-dan isə təqribən 2 min turist gəlib", - deyə o qeyd edib.
Yerkinbayev əlavə edib ki, Cənubi Koreya, Azərbaycan, Monqolustan və Böyük Britaniyadan da əhəmiyyətli sayda turist gəlib.
V Ümumdünya Köçəri Oyunları - beynəlxalq mədəni-idman tədbirdir. Təşkilat Komitəsinin məlumatına görə, Etnoaulu və oyunları 250 mindən çox insan ziyarət edib.
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
-
Hadisə9 Oktyabr 19:55
Bakıda intihar edən şəxs müəllim imiş - FOTO