"Boris" Avropanı darmadağın etdi
Bizi izləyin

Dünya

"Boris" Avropanı darmadağın etdi

Tarixin ən isti yayından sonra gələn "Boris" fırtınası bir çox Mərkəzi Avropa ölkələrində daşqınlara səbəb olub.

Publika.az xəbər verir ki, səlahiyyətlilər güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Çexiya və Polşada minlərlə insan təxliyə edilib. Rumıniyanın şərqindəki daşqın nəticəsində 5 nəfərin öldüyü, 5 min evin zərər gördüyü açıqlanıb. Helikopterlər ölkə daxilində 19 yaşayış məntəqəsində evakuasiya işlərində iştirak edib. Çoxlu ağaclar yollara aşıb, nəqliyyatın hərəkəti çətinləşib.

Çexiyadakı əksər çaylarda suyun səviyyəsinin qalxacağı və güclü yağışın davam edəcəyi ilə bağlı meteoroloji xəbərlərdən sonra səlahiyyətlilər Polşa sərhədinə yaxın 90-a yaxın yaşayış məntəqəsində həyəcan təbili çalıb. Opava şəhərində təxminən 10 min insandan dərhal evlərini tərk etmələri istənilib. Bələdiyyə sədri Tomas Navratil vəziyyətin "əsrin fəlakəti" olaraq bilinən 1997-ci ildəki dağıdıcı seldən daha pis olduğunu söyləyib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm