Bu ölkədən Türkiyəyə təşəkkür: Gəmi tezliklə yola düşəcək
Bizi izləyin

Dünya

Bu ölkədən Türkiyəyə təşəkkür: Gəmi tezliklə yola düşəcək

Sudan Suverenlik Şurasının vitse-prezidenti Malik Ağar Sudan rəhbərliyinə və xalqına verdiyi dəstəyə görə Türkiyə hökumətinə və xalqına təşəkkür edib.

Publika.az xəbər verir ki, bu barədə Suverenlik Şurasından açıqlama verilib.

Bildirilir ki, Ağar Türkiyənin Xartumdakı səfiri Fatih Yıldızı Port Sudandakı ofisində qəbul edib.

Ağar görüş zamanı Türkiyənin Sudanı bütün sahələrdə, xüsusilə də humanitar sahədə dəstəklədiyi mövqeyini yüksək qiymətləndirib. O, iki ölkə xalqının mənafeyinə xidmət etmək üçün ikitərəfli əlaqələri gücləndirmək və müxtəlif sahələrdə birgə əməkdaşlığı davam etdirmək istəklərini ifadə edib.

Yıldız isə Türkiyənin Sudan ilə kənd təsərrüfatı və mədənçıxarma sahələrində əməkdaşlığı inkişaf etdirmək istəyini vurğulayıb. O, yaxın gələcəkdə mədəni və ticari əlaqələrin təşviqi və inkişafı üçün çalışacaqlarını bildirib.

Bundan əlavə, səfir müharibə, daşqın və epidemiyadan zərər çəkənlərə çatdırılmaq üçün çadır, ərzaq və dərman daşıyan türk gəmisinin tezliklə Sudana yola düşəcəyini qeyd edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm