Orban onun üçün dua edir: Seçkilərə qədər öldürmək istəyirlər
Bizi izləyin

Dünya

Orban onun üçün dua edir: Seçkilərə qədər öldürmək istəyirlər

Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini şərh edib.

Publika.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Orban deyib ki, Tramp prezident seçkilərində qalib gələnə qədər həyatı risk altındadır.

“Aydındır ki, Tramp prezident seçkilərində qalib gələnə qədər onun həyatı təhlükədədir. Sizin üçün dua edirik, cənab Prezident!” – Orban yazıb.

Bundan əvvəl Tramp “West Palm Beach”də qolf klubuna səfəri zamanı onun yaxınlığında atışma baş verdiyini təsdiqləyib . “Məni heç nə dayandıra bilməz. Mən heç vaxt təslim olmayacağam”, - deyə o bildirib .

Hüquq-mühafizə orqanları hücum edən şəxsi saxlayıb. KİV-in məlumatına görə, onun 58 yaşlı Rayan Uesli Rout olduğu üzə çıxıb. Jurnalist Karol Markoviç Routun Ukraynanın qızğın tərəfdarı olduğunu bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm