Dünya
3 faiz əhali gizlicə it və pişik əti yeyir
İsveçrə parlamentinə ev heyvanları ətinin yeyilməsinın yasaqlanmasına çağıran müraciət təqdim olunub.
Publika.az-ın məlumatına görə, sənədə 16 min adam imza atıb.
"İsveçrəlilərin təqribən 3 faizi gizlicə pişik və it əti yeyir”, - heyvan hüquqlarının müdafiəsi üzrə "SOS Chats Noiraigue" qrupunun rəhbəri Tomi Tomek deyib.
Pişik ətindən hazırlanan yeməklər bəzi bölgərlərdə ənənəvi Milad bayramı menyüsünə daxildir. Bir çox hallarda bayram süfrəsi üçün pişiyi dovşan kimi - ağ şərab və sarımsaqla bişirirlər.
"Buna xüsisilə Lucern, Appenzel, Jura və Bern kantonlarında rast gəlmək olar", Tomek əlavə edib.
İt əti, sosislərin hazırlanmasında və revmatizm əlacı kimi istifadə olunur. Amma İsveçrənin Baytarlıq və Ərzaq Təhlükəsizliyi idarəsi it və pişik ətinin satılmasına icazə vermir. Buna baxmayaraq insanların sahib olduğu ev heyvanlarını yemək qanuna zidd deyil.
Dövlət qurumunun dəyərləndirməsinə görə bu, nadir hallarda baş verir. Baytarlıq və Ərzaq Təhlükəsizliyi idarəsi bildirib ki, heyvanların qorunması İsveçrədə əsas prioritet təşkil edir və heyvanlara qarşı qəddarlıq halları məhkəməyə çıxarılır.
"Siyasi lider bizə deyib ki, adamlar etiraz etməsə parlament qərar çıxarmayacaq. "Hazırda biz heç nə edə bilmərik, çünki qanun adamlara pişik və it ətinin yeyilməsini yasaqlamır. Biz hətta bununla məşğul olanları məsuliyyətə cəlb edə bilmirik. Ona görə də, biz ev heyvanlarının müdafiəsilə bağlı qanuna sadəcə olaraq bir müddəanın əlavə edilməsini istəyirik”, - Tomek deyib.
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM