İranda dəhşətli qəza: 10 ölü, 36 yaralı
Bizi izləyin

Dünya

İranda dəhşətli qəza: 10 ölü, 36 yaralı

İranın Yəzd şəhərində avtobusun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, Yəzd Qızıl Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Aşıki qəza ilə bağlı məlumat verib.

“Gecə yarısı avtobus Sagend şosesindəki Robat kəndi yaxınlığında aşıb. Qəzada 10 nəfər ölüb, 36-sı yaralanıb", - deyə Aşıki bildirib.

Yaralıların bölgədəki xəstəxanalara göndərildiyi, qəzanın səbəblərinin məlum olmadığı qeyd edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm