Maraq dünyası
Mamontların nəslini kəsən şok səbəblər: allergiya, tənhalıq...
Alimlər mamontların nəslinin kəsilməsinin səbəbini müəyyən ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Earth History and Biodiversity" (EHB) elmi jurnalında dərc olunub.
Alimlər bildiriblər ki, mamontların nəslinin kəsilməsinin əsas səbəbi allergiya və tənhalıq olub.
Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu mamontların nəslinin kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapıb.
Əvvəlki araşdırmalar göstərib ki, müasir fillərin tüklü qohumları təxminən 4000 il əvvəl iqlim dəyişikliyi və insanların ovlanması səbəbindən yoxa çıxıb.
Yeni araşdırmada isə komanda mamontların müəyyən növ çiçək tozcuqlarına qarşı allergiyası ola biləcəyini müəyyən edib. Bu, heyvanların qoxuları ayırd etməsini və beləliklə də potensial "həyat yoldaşı" axtarışını çətinləşdirib.
Alimlər qeyd edirlər ki, müasir fillər üçün də su, qida və partnyor axtararkən qoxu hissi həlledici rol oynayır.
Tədqiqatçıların gəldiyi nəticə Sibirdə tapılan donmuş mamontların toxuma nümunələrinin öyrənilməsinə əsaslanır. Təhlil onlarda infeksiyalarla mübarizə üçün istifadə edilən antikorların olduğunu göstərib. Mütəxəssislər heyvanların nəfəs alarkən qəbul etdikləri polen qalıqlarını da aşkar ediblər.
Kəşf müəlliflərinin fikrincə, mamontların yox olması istiləşmə zamanı baş verib. Çünki bu zaman bir çox bitkilərin onların yaşayış yerlərində daha çox görünməsinə şərait yaranıb.
Ləman
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)












