Dünyanı qorxudan sualın cavabı NATO-dan gəldi: Nüvə müharibəsi olacaq?
Bizi izləyin

Dünya

Dünyanı qorxudan sualın cavabı NATO-dan gəldi: Nüvə müharibəsi olacaq?

NATO Rusiyanın nüvə sahəsində hədələri ilə bağlı Qərbin adekvat reaksiyasına ehtiyac yaradacaq hər hansı hərəkəti görmür.

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Foreign Policy”nin sualına cavabında deyib.

“Biz indiyədək nüvə qüvvələrinin mövqeyində müvafiq dəyişiklik etməyi tələb edən hər hansı dəyişiklik görməmişik”, - Stoltenberq bildirib.

O, həmçinin vurğulayıb ki, alyans Rusiyanın hərəkətlərini diqqətlə izləyir.

Stoltenberq onu da bildirib ki, NATO Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləməklə müharibənin iştirakçısına çevrilmir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm