Dünya
AK Partiyada eyni anda 2 istefa - FOTOLAR
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ağrı il sədri Orxan Güngör və Çanaqqala il sədri Naim Makas tutduqları vəzifələrdən istefa verdiklərini açıqlayıblar.
Publika.az xəbər verir ki, bununla bağlı hər iki sərd açıqlama verib.
AK Partiya Çanaqqala il başçısı Naim Makas açıqlamasında bildirib ki, 5 ildir böyük qürur və şərəflə yerinə yetirdiyim vəzifəmi başqanımızın xeyir-duası ilə başa vururam.
Digər açıqlama isə Ağrı il sədri Orxan Güngördən gəlib.
O diqqətə çatdırıb ki, AK Partiya millətini sevir, keçmişlə əlaqəni kəsmədən gələcəyi qurmaq üçün işlər görür:
"Qərargahımızın tövsiyəsi və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da razılığı ilə 26.01.2023-cü il tarixindən böyük həyəcanla həyata keçirdiyim AK Partiya Ağrı İl sədri vəzifəsindən qarşıdan gələn seçkilər üçün ayrılıram. Xüsusilə qeyd etmək istərdim ki, vəzifədə olduğum müddətdə təmiz qaldıq, təmiz işlədik, çirklənmədik, dik durduq. Alnımız təmiz, vicdanımız təmizdir".
Aysel Şahmar
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu