Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" - FOTO/VİDEO

Pakistanda kişi qızını daim izləmək və fəzilətini qorumaq üçün onun başına böyük müşahidə kamerası quraşdırıb.

Publika.az xəbər verir ki, bu barədə "The Express Tribune" məlumat yayıb.

"Valideynlər övladlarının təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni edirlər və bu Pakistan vətəndaşı nümunə göstərdi", - məlumatda deyilir.

Başında adətən mağazalarda quraşdırılan öyük ölçüdə ağ nəzarət kamerası olan qızın sualları cavablandırdığı video sosial şəbəkələrdə yayılıb. Video "Təhlükəsizliyin yeni səviyyəsi" adlandırılıb

Qızın özü deyib ki, atası ona ətrafda olmayanda mümkün bəlalardan qorunmaq üçün belə qeyri-adi üsul təklif edib. Valideyn kameranın köməyi ilə gün ərzində onun hərəkətlərinə nəzarət edir və istənilən vaxt bu və ya digər şəkildə köməyə gələ bilər.

Qızın özü də bu kamerada heç bir narahatlıq görmür və atasının belə qayğısından məmnundur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm