Dünya
Lukaşenko da Moskvaya qarşı çıxdı: “Cavab verməyə məcbur olacağıq”
Xəbər verildiyi kimi, Belarusun 8 müəssisəsindən Rusiya bazarı üçün ərzaq məhsulunun tədarükünə tətbiq edilmiş qadağa qüvvəyə minib. Qadağa nəticəsində Belarusdan Rusiyaya idxal edilən ət məhsulunun demək olar kı bütün həcmi - təxminən 400 min ton ət qadağa qərarının təsiri altına düşüb.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Moskvanın qərarını şərh edən Belorus prezidenti Aleksandr Lukaşenko Belarus məhsullarının Rusiyaya çatdırılması ilə bağlı yaranan vəziyyətdən yorulduğunu dilə gətirib.
Dövlət başçısı Minskin cavab addımları atacağını istisna etməyib.
“Rusiya hakimiyyətinin davranışı məni nəinki təəccübləndirir, həm də məyus edir. Əgər yaxın vaxtlarda iki ölkə arasında ticarət normallaşdırılmasa, biz reaksiya verməyə məcbur olacağıq. Bu cür davranış nə üçündür?”, - deyə Lukaşenko Sankt-Peterburqun qubernatoru Georqi Poltavçenko ilə Minskdə görüş zamanı etiraz edib.
Rusiya Belarusdan idxal edilən qida məhsullarının Rusiya və Gömrük İttifaqı standartlarına cavab vermədiyini, həmin məhsul növlərində zərərli mikroorqanizmlər və antibiotiklərin aşkar edildiyini bildirib.
Ömər Dağlı
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO