"Qalaktika Qatili" kəşf edildi - O, yeni ulduzların əmələ gəlməsinin qarşısını alır
Bizi izləyin

Dünya

"Qalaktika Qatili" kəşf edildi - O, yeni ulduzların əmələ gəlməsinin qarşısını alır

Yeni kəşf edilən qalaktikanın ulduzların əmələ gəlməsinin qarşısını aldığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Kembric Universitetinin rəhbərlik etdiyi beynəlxalq qrup araşdırma aparıb.

Böyük Partlayışdan iki milyard il sonra yaranan bu qalaktika “Webb Teleskop”u ilə araşdırılıb.

Məlum olub ki, qalaktikada yerləşən qara dəlik yüksək sürətlə qaz çıxarır və bu, yeni ulduzların əmələ gəlməsini dayandırır.

Bu, rəsmi adı “GS-10578” olan, lakin müşahidəçi alim Pablonun şərəfinə "Pablonun Qalaktikası" adlandırılan böyük qalaktikadır. Kütləsi Günəşinkindən təxminən 200 milyard dəfə böyük olan bu qalaktikadakı ulduzların çoxu 12,5-11,5 milyard il əvvəl əmələ gəlib.

Tədqiqatçılar ulduz əmələ gəlməsi üçün lazım olan qazın hələ də qalaktikada gizlənib-gizlənmədiyini və superkütləvi qara dəliyin qalaktika ətrafında hansı təsirə malik olduğunu aydınlaşdırmağa çalışırlar.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm