Avropa
Merkeldən NATO-ya ŞOK ÇAĞIRIŞ: "Rusiyanı cilovlamaq üçün..."
Almaniyanın keçmiş kansleri Angela Merkel, Avropanın təkbaşına bunun öhdəsindən gəlmək iqtidarında olmadığı üçün NATO daxilində Rusiyanı cilovlamaq üçün tez bir sistem yaratmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” qəzeti məlumat yayıb.
"İnanıram ki, tez bir zamanda həqiqətən etibarlı bir çəkindirici sistem yaratmaq lazımdır", - Merkel qeuyd edib.
Keçmiş kansler Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə bu məqsədə çatmağın xeyli çətinləşəcəyindən şikayətlənərək, yaxın gələcək üçün inandırıcı çəkindirmə sisteminin yalnız NATO çərçivəsində mümkün olduğunu qeyd edib. Merkelin sözlərinə görə, Rusiya dünyanın ən böyük nüvə dövləti olmasa da, ABŞ-ın nüvə potensialına bərabər gücdədir və buna görə də Vaşinqton Avropa ilə birgə işləməkdə maraqlı olmalıdır.
Bundan əvvəl NATO Parlament Assambleyası alyans üzvlərini Rusiyanın alyansa qarşı düşmənçilik hərəkətlərinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün tam hazırlığa yönəlmiş ümumi strateji yanaşma formalaşdırmağa çağırıb. Dövlətlər Niderlandda keçiriləcək növbəti sammitin konsepsiyasını formalaşdırmaq barədə razılığa gəliblər.
Hüseyn İbadlı
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq




































