İran ilə böhran qapıda: Tehran Türkiyəyə qarşı təxribat hazırlayır
Bizi izləyin

Dünya

İran ilə böhran qapıda: Tehran Türkiyəyə qarşı təxribat hazırlayır

İran rəhbərliyi ölkədəki 5 milyon qaçqının 2 milyonunun 2025-ci ilin martına qədər deportasiya ediləcəyini açıqlayıb. Buna görə də bütün diqqət İran-Türkiyə sərhədinə yönəlib.

Ekspertlərin qaçqınların əksəriyyətinin sıxışdırılacağını iddia etdiyi İran-Türkiyə sərhədinin aqibəti necə olacaq?

Publika.az xəbər verir ki, ekspertlər deportasiya qərarı ilə İranın qaçqınlardan geosiyasi təzyiq vasitəsi kimi istifadə etdiyini iddia ediblər.

Belə ki, əksəriyyəti əfqanlardan ibarət olan qaçqınlar məhz Türkiyənin təzyiq altında qalması üçün Türkiyə-İran sərhədinə sıxışdırılacaqlar.

Ekspertlər mümkün ajiotaj vəziyyətlərinə qarşı diplomatik təşəbbüslərə indidən start verilərək sərhəd tədbirlərinin artırılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda qaçqınların Türkiyəyə sıxışdırılacağı təqdirdə böhran yaşanacağı ilə bağlı xəbərdarlıq da edilib.

Ankara Universitetinin Miqrasiya Araşdırma Mərkəzinin müdiri professor Murat Ərdoğan bu barədə “Haber Global”a açıqlama verib. O, İranın Türkiyə ilə mübarizəsi çərçivəsində qaçqınlardan istifadə etməyə başladığını şərh edib:

"İran ölkədəki əfqan və digər qaçqınlara təzyiq etsə, şübhəsiz ki, Türkiyə sərhədində izdiham yaranacaq. Düşünürəm ki, İranla diplomatik təmaslar, mübarizələr, hətta danışıqlar da bu fonda davam edir. İranın sərhədləri açmaqla hədələməsi həm də Türkiyə sərhədlərini aşmaqdır. Bu, həmçinin Qərbdən imtiyazlar və maddi mənfəət əldə etmək strategiyası kimi qiymətləndirilə bilər. Qaçqın məsələsi hər bir ölkənin xarici siyasət alətinə çevrilib”.

Professor İrandan mümkün qaçqın axınının sayının çox olduğu təqdirdə idarəolunmaz vəziyyət yaranacağı ilə bağlı xəbərdarlıq edib:

"Türkiyədə iki məsələni həll etmək lazımdır. Birincisi, Türkiyəyə girişin qarşısının alınması, ikincisi isə Türkiyədəki qaçqınların necə geri göndərilməsidir. Birinci məsələdə qonşu ölkələrlə əməkdaşlıq etməliyik. Ancaq cəmiyyətdə başqa bir gözlənti də Türkiyədəki qaçqınların geri göndəriləcəyidir. Türkiyə keçən il 150 min qaçqını deportasiya edib, amma ümumi say nəzərə alınsa, bu da kifayət deyil”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm