Qərbdən şok etiraf: İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur
Bizi izləyin

Dünya

Qərbdən şok etiraf: İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur

Avropa İttifaqı etiraf edir ki, İsrail hakimiyyətinin İranın raket hücumuna reaksiyasına faktiki olaraq heç bir təsir göstərmir.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" avropalı diplomatlara istinadən yazır.

“Avropalı diplomatlardan biri deyib ki, İsraildən İranın neft və ya nüvə infrastrukturuna hücum etməkdən çəkinməsi tələb olunub, lakin ölkənin bu tələbi yerinə yetirəcəyinə heç bir zəmanət yoxdur”, - qəzet mənbədən sitat gətirib.

Nəşr həmçinin yüksək rütbəli avropalı diplomata istinadən bildirir ki, Yaxın Şərqdəki hadisələrə belə cüzi təsir AB üçün məyusluqdur.

"Bu məsələ ilə bağlı müzakirələrimizə bir qədər bədbinlik, bir qədər fatalizm gətirir", - deyə məlumatda qeyd olunub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm