Dünya
Ermənistanda vəhşət: Gənc fəalı qanına qəltan etdilər - FOTO
Ötən gecə “Preparliament” müxalif ictimai hərəkat üzvü Qevorq Safaryan naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və başından yaralanmış halda təcili yardım xəstəxanasına aparılıb.
Publika.az-ın BBC-yə istinadən hadisə Ermənistan paytaxtının mərkəzində baş verib. Qevorq Safaryan “Preparliament”-in ofisindən çıxıb avtobus dayanacağına yaxınlaşdığı zaman arxadan başına “bərk əşya ilə” zərbə endirilib.
Xəstəxanada yaralı yerlərə üç tikiş qoyulub və sabahısı gün o, beyin sarsıntısı diaqnozu ilə xəstəxananı tərk edib.
“Zərbədən mən, yarıbihuş halda yıxılıb daha bir neçə zərbə almışam. Sonra ofisdən məni təcili yardım maşını ilə aparıblar. Ofisə necə çatdığım yadımda deyil: bilmirəm öz ayağımla getmişəm yoxsa aparıblar”, - Qevorq Safaryan jurlnalistlərə deyib.
Hadisə baş verən yerdə, Xancyan və Tumanyan küçələrinin kəsişməsində, qan izləri qalıb. Burada hər tərəfdə nəzarət kameraları yerləşdirilib.
Lakin Yerevan Polis İdarəsindən hadisə ilə bağlı araşdırma aparıldığını və bu gün iş gününün sonunadək hələ cinayət işi açılmadığını deyiblər.
“Rejimin dəst-xətti”
Qevorq Safaryan bu hadisəni tək özünə qarşı deyil, onun təmsil olunduğu “Preparliament” təşkilatına qarşı “siyasi akt” hesab edir.
Hadisədən bir gün əvvəl səhər tezdən “Preparliament”-in yeddi üzvünün minik avtomobillərini yandırmaq cəhdi edilmişdi. Bəzi maşınların təkərləri yanıb, bəzilərinin başqa hissələri oddan ziyan çəkib. Və həmin gün Qevorq Safaryan bu hadisələrlə bağlı polis idarəsi önündə “açıq mətbuat konfransında” iştirak edib.
Bu avtomaşınların üzərinə “100 illiyi rejimsiz” trafaretləri vurulub və gələn il Ermənistanda 100 illiyi qeyd olunacaq “soyqırım yubileyini Sarkisyanın başçılıq etdiyi rejimsiz” qarşılanması nəzərdə tutulur. Həmin avtomaşınlarla bir neçə dəfə Yerevanın küçələri ilə sözügedən şüar altında avtoyürüş keçirilib.
“Bu hücumların məqsədi müxalif yönlü fəalları qorxutmaqdır. Qorxu atmosferi yaratmaq rejimin dəst-xəttidir”, - Safaryan deyir.
İstintaq orqanları hadisə ilə bağlı xəstəxanada ondan ifadə alıblar. Lakin Safaryan əmindir ki, cinayət açılmayacaq.
“Bu cinayətləri törədənlərin və onların arxasında dayananların kimliyi aydındır. Bizim ölkədə polis rejimə qarşı getmək iqtidarında deyil, polisin özü rejimin ayrılmaz hissəsidir. Həmişəki kimi istintaq ya boşa çıxacaq, ya da əfəlin birini tapıb, onun boynuna qoyacaqlar”, - Safaryan bildirib.
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...