"Bu, utancvericidir" - Papa Fransisk
Bizi izləyin

Dünya

"Bu, utancvericidir" - Papa Fransisk

Dünyanın böyük gücləri Yaxın Şərqdə davam edən müharibəyə son qoymaqda uğursuz olub.

Publika.az xəbər verir ki, bu sözlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Yaxın Şərqdəki münaqişənin birinci ildönümü ilə bağlı dünya katoliklərinə ünvanladığı məktubda yer alıb.

“Bir il əvvəl alovlanan nifrət atəşi hələ sönməyib. Beynəlxalq ictimaiyyətin və ən güclü ölkələrin silahları susdura bilməməsi və müharibə faciəsinə son qoymaqda müvəffəq olmaması utancvericidir. Güclülərin apardığı müharibələrdən əziyyət çəkənlər, mən sizinləyəm. Qəzza əhalisinə yaxınlığımı bildirirəm. Səsi ucalmayanların yanındayam”, - deyə Roma Papası bildirib.

Papa Fransisk oktyabrın 7-sini dünyada sülh üçün dua, oruc və tövbə günü elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm