Ukrayna onları cəzalandıracaq
Bizi izləyin

Dünya

Ukrayna onları cəzalandıracaq

Ukraynanın Ali Radasına ölkəni tərk etmiş deputatların parlament komitələrindən xaric edilməsi haqqında qətnamə daxil olub.

Publika.az xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bəyan edib.

Onun sözlərinə görə, Radada fərari deputatların komitələrdən xaric edilməsi ilə bağlı yeni qərar qeydə alınıb. Söhbət Ukraynadan Böyük Britaniyaya gedən və parlamentin komitə iclasında uzaqdan iştirak edən deputat Artem Dmitrukdan gedir.

Jeleznyak əlavə edib ki, Andrey Odarçenkonun da korrupsiya ilə mübarizə komitəsindən çıxarılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm