Dünya
Almaniya Türkiyəyə silah satışını təsdiqləyir
Türkiyəyə qarşı gizli silah ixracı embarqosu müzakirə edilən Almaniyanın 336 milyon avroluq silah paketinin satışına “yaşıl işıq” yandırdığı iddia edilib.
Publika.az xəbər verir ki, “Spiegel” jurnalının internet saytında tənqidi bir iddia gündəmə gətirilib.
Jurnal Almaniyada Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından ibarət koalisiya hökumətinin Türkiyə donanması üçün idarə olunan raket və torpedaların ixracına icazə verdiyini iddia edib.
Təhlükəsizlik qaynaqları iddianın şayiə olduğunu bildirsə də, sözügedən xəbərdə Federal Təhlükəsizlik Şurasının 336 milyon avro dəyərində paketin NATO müttəfiqi Türkiyəyə satışını təsdiqləməyə qərar verdiyi qeyd olunur.
Bildirilir ki, ixracına icazə verilən hissələr arasında MBDA şirkətinin Türkiyə donanması üçün istehsal etdiyi 100 ədəd idarə olunan raket və “ThyssenKrupp” şirkətinin 28 ədəd “SeaHake” tipli torpedası var.
Qeyd edək ki, Almaniya son vaxtlar Türkiyəyə silah ixracını xeyli azaldıb.
Aysel Şahmar
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?