Rusiya ATƏT üçün “fatihə” verdi:  Nə əməkdaşlıq var, nə də təhlükəsizlik
Bizi izləyin

Dünya

Rusiya ATƏT üçün “fatihə” verdi:  Nə əməkdaşlıq var, nə də təhlükəsizlik

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin rəhbəri İqor Kapırin jurnalistlərlə söhbətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının hazırkı vəziyyətini, eləcə də onun tələblərə uyğunluğunu şübhə ilə qiymətləndirib.

Publika.az xəbər verir ki, diplomat qeyd edib ki, Rusiya tərəfinin əvvəllər dəfələrlə bəyan etdiyi kimi, ATƏT böhran içindədir. Onun sözlərinə görə, təşkilat real əməkdaşlıq platforması olmaqdan çıxıb. Belə ki, buna misal olaraq, Xarici İşlər Nazirliyinin nümayəndəsi rusiyalı ekspertlərin Praqada keçiriləcək İqtisadi və Ekoloji Forumda iştirak etmək üçün viza ala bilmədiyini və nəticədə forumda iştirakın dayandırıldığını bildirib.

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilkin vəzifələrindən uzaqlaşıb... Avropada nə əməkdaşlıq, nə təhlükəsizlik var, nə də hər ikisinin olmamasını müzakirə etmək imkanı”, - Kapyrin bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm