Avropa narahatdır: müsəlmanlara qarşı nifrət pik həddə çatdı
Bizi izləyin

Dünya

Avropa narahatdır: müsəlmanlara qarşı nifrət pik həddə çatdı

Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Şinas müsəlmanlara qarşı nifrətin pik həddə çatdığını bildirib.

Publika.az xəbər verir ki, vitse-prezident Avropa Parlamentində keçirilən “Avropada dini dözümsüzlüyün artması” adlı sessiyada çıxış edib.

O, antisemitizm, müsəlmanlara qarşı nifrət və irqçiliyin narahatlıq doğurduğunu bildirib: “Müsəlmanlara qarşı nifrət bütün üzv ölkələrimizdə həyəcanverici səviyyələrə çatır. Mətbuatda və ictimai siyasi müzakirələrdə anti-müsəlman nifrətinin artması xüsusilə narahatedicidir”.

Şinas Avropada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi zərurətinə toxunub: "Avropanın bu dialoqdan qorxacağı heç bir şey yoxdur. Birgə yaşamaq və dini dözümlülük Avropanın DNT-sində var. Avropa hər zaman hər kəsin dini inanca sahib olmaq və ya olmamaq hüququnu qoruyacaq”.

Qeyd edək ki, İslamofobiyaya Qarşı Avropa Birliyinin hazırladığı son hesabatda 2022-ci ildən 2023-cü ilə qədər İslamofobiya hadisələrinin sayında 57 faiz artım olduğu bildirilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm