Dünya
Ümumbəşəri sülhə necə nail olmaq olar? - Putin şərtləri açıqladı
Ümumbəşəri sülhə və inkişafa yalnız hər bir dövlətin və onun xalqının rəyi, eləcə də suverenliyinə hörmət nəzərə alınmaqla nail olmaq olar.”
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” beynəlxalq forumunda çıxış edərkən deyib.
“Biz əminik ki, ümumbəşəri sülh və hərtərəfli inkişafı yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursu, dünyagörüşü, adət-ənənələri və dini ideyaları ilə bağlı fikrinə hörmətlə yanaşmaqla təmin etmək olar”, - deyə Putin deyib.
Putin həmçinin Türkmənistan rəhbərliyinə regionda sülh və sabitliyin qorunmasına verdiyi töhfəyə görə təşəkkür edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Putinin forumda 300 illik yubileyi qeyd olunan şair və mütəfəkkir Mahtimqulu Fraqinin yubiley medalı ilə təltif edildiyini açıqlayıb.
Berdiməhəmmədov həmçinin bu yubileylə bağlı tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə Putinə minnətdarlığını bildirib.
Adəm Abbaslı
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?