Putin ABŞ-ı təbrik etməyəcək - Kreml
Bizi izləyin

Dünya

Putin ABŞ-ı təbrik etməyəcək - Kreml

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın gələcək prezidentini seçkilərdəki qələbəsi münasibətilə təbrik etməyəcək.

Publika.az "Life"a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"Çətin, onlar son dərəcə dost olmayan dövlətdir", - deyə Peskov bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Amerikalı politoloq Malek Dudakovun fikrincə, baxmayaraq ki, hər şey noyabra qədər dəyişə bilər, hazırda ABŞ-ın keçmiş lideri Donald Trampın vitse-prezident Kamala Harris üzərində cüzi üstünlüyü var.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm