Makron İsrailə silah tədarükünə qarşı çıxdı
Bizi izləyin

Dünya

Makron İsrailə silah tədarükünə qarşı çıxdı

Fransa prezidenti Emmanuel Makron yenidən Qəzza zolağına və Livana hücum üçün istifadə edilən İsrailə silah tədarükünün davam etdirilməsinə qarşı olduğunu bildirib.

Publika.az xəbər verir ki, o deyib ki, bu, Yaxın Şərqdə münaqişənin eskalasiyasını dayandırmağa kömək edəcək.

“Fransa silah ixracını dayandırmağa çağırıb. Hamımız bilirik ki, bu, bu gün buna son qoya biləcək yeganə rıçaqdır”, - deyə Makron bildirib.

Fransa prezidenti vurğulayıb ki, onun təklifi İsrailin tərksilah edilməsi ilə bağlı son çağırışlarla bağlı deyil.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm