Ekologiya
Güclü leysan yağdı, bu rayonda 300-dən çox ev su içində qaldı - VİDEO/FAKTİKİ HAVA
Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.
Publika.az xəbər verir ki, bu barədə Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.
Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.
Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.
Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.
Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.
xxx
Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
Bu barədə Publika.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.
Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto


































.jpg)



