Kriminal
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi həbs edilib.
Hərbi prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Əliyev Sadiq Həsən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
***
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
Onun sözlərinə görə, külli miqdarda rüşvət almaqda təqsirləndirilən Sadiq Əliyevlə bağlı istintaqı Respublika Hərbi Prokurorluğu aparır:
“Saxlanılan mayor Əliyev bundan əvvəl Quba və Mingəçevirin hərbi komissarı olub”.
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriya səfirini qəbul etdi
-
Nida Xəbər 11:30Prezidentin təltif etdiyi Jalə Əliyevanın dosyesi
-
Magazin110:36Pünhan Alim Qasımov haqda: “15 min istədi” - VİDEO
-
Sosial10:06Bakıda tanınmış restoranda biabırçılıq - FOTO
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov







































.jpg)
