Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

İdman

Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

Publika.az xəbər verir ki, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

***

Şeyn 71-ci dəqiqədə fərqi artırdı: 3-1.

***

İlk hissənin son dəqiqələrində Estoniya millisi ikinci qolu vurdu: 2-1.

***

Toral Bayramov ilk hissənin son dəqiqələrində penalti zərbəsi ilə hesabı bərabərləşdirdi: 1-1.

***

Matçın 32-ci dəqiqəsində Yakovlev meydan sahiblərini hesabda önə keçirdi: 1-0.

***

Estoniya - Azərbaycan qarşılaşması start götürdü.

***

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Estoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Estoniya: Karl Yakob Heyn, Mihael Şyonninq-Larsen, Mattias Kayt, Rokko Robert Şeyn, Henri Anyer, Mihkel Aynsalu, Maksim Paskotsi, İoan Yakovlev, Yoonas Tamm, Karol Mets, Vlasii Sinyavski.

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Coşqun Diniyev, Renat Dadaşov, Ramil Şeydayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Toral Bayramov, Aleksey İsayev, Abbas Hüseynov.

Qeyd edək ki, Tallin şəhərindəki "A.Le Koq Arena” təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm